SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Federasiyanın yeni prezidenti kimdir? (DOSYE)

Xəbər verdiyimiz kimi noyabrın 26-da Azərbaycan Şahmat Federasiyasına keçirilmiş yeni prezident seçkilərində Mahir Məmmədov 2007-ci ildən bu postu tutan Elman Rüstəmovun yerinə AŞF-nın yeni prezidenti seçilmişdir

   Buna qədər AŞF-nın FİDE-nin vitse prezidenti postlarını tutan federasiyamızın yeni başçısını yaxından tanıyaq:


Mahir Ələsgər oğlu Məmmədov 1962-ci ilin avqusutun 20-də Bakı şəhərində anadan olmuşdur. 
1979-1984-cü illərdə ali təhsilini Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsində inşaat mühəndisi ixtisasında almışdır. 
1991-1993-cü illərdə Azərbaycan Hidravlik MühəndislikMeliorasiya Elmi Tədqiqat İnstitutunda yığma dəmir-beton qurğuları istehsalının kimyəvi işlənməsi işi üzrə aspirantura dərəcəsinə yiyələnmişdir.
1984-cü il avqust-oktyabr aylarında “ƏZİZBƏYOVNEFT” Neft-qaz çıxartma idarəsində 5-ci dərəcəli montajçı, 

1986–1991-ci illərdə “ВНИИ Железобетон” Zavodu - Dəmir-beton qurğuları istehsalının kimyəvi işlənməsi laboratoriyasında mühəndis – baş elmi işçi, 
1991 – 1992-ci illərdə “ARTMA” Istehsalat Şirkətində baş mühəndis, 
1992-ci ilin aprel –sentyabr aylarında “STROYPROGRESS” Istehsalat Şirkətində baş mütəxəssis, 
1992– 1995-ci illərdə “SANA” Kiçik Müəssisəsinin İstehsalat üzrə direktor müavini, 
1995 – 1996-cı illərdə “GRUZNEFTEPRODUCT” Gürcüstan Dövlət Şirkətinin Azərbaycan Nümayəndəliyinin Baş direktoru, 
1996 – 2002-ci illərdə “Anglo Oil Corporation” LTD-nin Azərbaycan Nümayəndəliyinin Baş direktoru, 
2002 – 2006-cı illərdə “M Building” MMC-nin Direktoru kimi çalışmışdır. 
2006-cı ilin avqust ayından “SOCAR Energy Georgia” Şirkətinin Baş direktoru, 
Həmin ilin noyabr ayından isə ARDNŞ-nin Gürcüstan Nümayəndəliyinin Direktoru kimi çalışmaqdadır.
2018-ci ilin oktyabr ayında FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) yeni prezidenti Arkadiy Dvorkoviçin komandasında yer alaraq Ali şahmat qurumunun vitse-prezidenti postuna təyin edilib. 
Bundan öncə isə, Mahir Məmmədov Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsində çalışmışdır. 
2021-ci ilin noyabrın 26-da Azərbaycan Şahmat Federasiyasına prezident seçkilərində qalib gələrək AŞF-nin yeni prezidenti seçilmişdir.  
 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss