SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Eltacın "El Llobregat Open"də uğurlu çıxışı davam edir

İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçisi Eltac Səfərli liderlər qrupunda mübarizəni davam etdirir.

Chess.az xəbər verir ki, "El Llobregat Open"-nin altıncı turunda Eltac argentinalı şahmatçı Tomas Sosanı məğlub edərək aktivinə daha bir xal əlavə edib. Beləliklə xalların sayını 5-ə çatdıran şahmatçımız hal-hazırda turnir cədvəlinin 1-5-ci yerlərini bölüşür. Bu gün Eltac Səfərli liderlərdən biri olan ispaniyalı Latasa Santosla üz-üzə gələcək. Digər təmsilçimiz Məhəmməd Muradlı 4,5 xalla 12-ci, Aydın Süleymanlı isə 3,5 xalla 46-cı yerdə qərarlaşıblar.
İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olacaq turnir dekabrın 12-dək davam edəcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss