SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Çempionluq əldən getdi?

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən EXPO 2020 sərgisi çərçivəsində şahmat üzrə Dünya Çempionu adı uğrunda final matçı davam edir.


 
MAQNUS KARLSEN (NORVEÇ) - YAN NEPOMNYAŞİY (RUSİYA)  5:3


 Chess.az xəbər verir ki, bu gün final matçının 9-cu qarşılaşması baş tutacaq. Keçirilimiş 8 partiyadan sonra hazırki dünya çempionu norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşiy üzərində böyük üstünlüyə malikdir. Tərəflər arasında hazırki hesab 5:3-dür. Buna görə də artıq demə k olar ki, Maqnus Karlsenin növbəti dəfə titulunu qorumağı bacardı. Nəzərə alsaq ki, final qarşılaşması 14 partiyadan ibarətdir və Maqnusun qalan beş partiyanın ikisində məğlub olacağının güman etmək çox çətindir. Düzdür, idmanda hər şey olur, amma sona beş partiya qalmış, 5:3 hesabı ilə irəlidə olan Maqnus Karlsenə çatmaq qeyri mümkün kimi görsənir. İstənilən halda Yan Nepomnyaşiy finala layıq oyun sərgilədi və bu matça əlavə rəng qatdı. Budəfəki final, uzun illərdir davam edən darıxdırıcı və ağır keçən finallardan fərqli oldu və azarkeşlərin böyük marağına səbə olub.     
 Final matçının doqquzuncu partiyası bu gün Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.   
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss