SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Möhtəşəm Maqnus!

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən EXPO 2020 sərgisi çərçivəsində şahmat üzrə Dünya Çempionu adı uğrunda final matçı davam edir.



MAQNUS KARLSEN (NORVEÇ) - YAN NEPOMNYAŞİY (RUSİYA)  6:3

  Chess.az xəbər verir ki, dünən final matçının 9-cu və bəlkə də həlledici qarşılaşması baş tutdu. Ümumi hesabda 5:3 irəlidə olan hazırki dünya çempionu Maqnus Karlsen, dünən qara fiqurlarla sərgilədiyi möhtəşəm oyunu sayəsində rusiyalı rəqibi Yan Nepomnyaşiyi 39-cu gedişdə təslim olmağa məcbur etdi və ümumi hesabı 6:3-ə çatdırdı. Beləliklə, dünənki qarşılaşma böyük ölçüdə dünya çempionu kim olacağına dair sualın cavabını verdi. Yalnız möcüzə, sözün əsl mənasında möcüzə, sona beş partiya qalmış böyük üstünlüyə sahib olna Maqnus Karlseni çempionluqdan edə bilər. Bu gün finalın 10-cu partiyası baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss