SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Qazaxıstan dünya şahmat camiəsini şoka saldı! Dünya Çempionatı olmayacaq!?

Dünən axşam FİDE-nin rəsmi Tvitter səhifəsində paylaşılan məlumat dünya şahmat aləmini yumşaq desək şoka saldı.

  Beələliklə, məlumatda deyilir ki, bu ilin dekabrın 25-dən 30-dək Qazaxıstanın paytaxtı Nursultan şəhərində keçirilməsi planlaşıdırlan şahmatın Rapid və Blitz növləri üzrə Dünya çempionatı baş tutmayacaq. Artıq məsələ ilə bağlı FİDE Qazaxıstan höküməti tərəfindən məlumatlandırlıb. Buna səbəb ölkədə tətbiq olunan yeni antikovid tədbirləridir. Ümumi mükafat fondu 1 000 000 dollar olan Dünya çempionatının başlanılmasına cəmi 16 günün qalmasını nəzərə alsaq yarışı başqa bir ölkədə keçirmək də qeyri-mümkün kimi görünür. Buna baxmayaraq FİDE məsələ ilə bağlı bu gün və ya sabah yekun qərar verəcəyini açıqlayıb. Ali şahmat qurumu təşkilatı işlər üçün vaxtın az olmasına baxmayaraq, DÇ-nı başqa bir ölkədə keçirmək variantını da istisna etmir. Qeyd edək ki, ötən il də Dünya çempionatı məhz COVİD-19 pandemiyası üzündən keçirilməmişdir.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss