SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Vüqar Həşimov Memorialı 2021": Karuana vahid liderdir

Bu gün Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə ikinci yarış günü keçirilib.

 Chess.az xəbər verir ki, bu gün "Vüqar Həşimov Memorialının" rapid turnirinin növbəti oyunları keçirilib.
Günün ilk turuna Azərbaycan təmsilçiləri Şəhriyar MəmmədyarovVüqar Əsədli üz-üzə gəliblər. Armaqedona qədər uzanan matçda daha təcrübəli olan Məmmədyarov qələbə qazandı. Memorealdakı üçüncü təmsilçimiz Rauf Məmmədov isə, ABŞ şahmatçısı Fabiano Karuanaya məğlub olub. Turun digər qarşılaşmalarında isə macar Riçard Rapport  sabiq dünya çempionu hindistanlı Vişvanatan Ananda qalib gəlib. Armaqedona qədər uzanan digər martçda isə, Çexiya təmsilçisi David Navara rusiyalı Sergey Karyakinə məğlub oldu.
 Bu gün yarışın üçüncü turun oyunları da keçirildi. Bu turda da iki şahmatçımız üz-üzə gəldi. Gənc Vüqar Əsəsdli bu dəfə Rauf Məmmədovla qarşılaşdı və iki partiyanın nəticəsində daha təcrübəli olan rəqibinə məğlub oldu. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə rusiyalı Sergey Karyakinə məğlub oldu.
  Beləliklə, üç turdan sonra Fabiano Karuana 8 xalla turnir cədvəlinə başçılıq edir. Riçard Rapport 7 xalla ikinci, aktivlərində 5 xalları olan Rauf Məmmədov, Şəhriyar MəmmədyarovSergey Karyakin 3-5-ci yeri bölüşürlər. Çexiyalı David Navara 4 xalla altıncı, Vişvanatan AnandVüqar Əsədli isə 1 xalla 7-8-ci pillədə yer alıblar.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss