SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Vüqar Həşimov Memorialı 2022" Qarabağda keçirilə bilər

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov bugünlərdə Bakıda start götürən "Vüqar Həşimov Memorialının" açılış mərasində jurnalistlərlə söhbətində turnirin gələcəyi ilə bağlı bəzi maraqlı məqamlara toxunub. 

 Mahir Məmmədovun sözlərinə görə, gələn ild də bu ənənəvi turnirin keçirilməsi planlaşdırılır və təşkilatçılar bu yarışı işğaldan azad olunan ərazilərimizdə keçirməyi planlaşdırır : “Məşhur şahmatçıların ölkəmizə gəlmələrini olduqca qısa vaxtda təşkil etmək asan məsələ deyil. Bu yarışda SOCAR da ənənəsinə sadiq qalaraq, sponsorluq xidmətini davam etdirir. Bunlar sevindirici hallardır. Memorial pandemiya ilə əlaqədar ötən il baş tutmadı. Lakin 2021-ci ildə biz əsas ənənələrimizdən biri olan “Vüqar Həşimov Memorialı”nı bərpa edə bildik. Azərbaycan bu turnirlə dünya şahmat təqvimində özünü yenidən tanıtdıracaq. Ümid edirəm ki, gələn il bu ənənə daha dolğun şəkildə, sərbəst şəraitdə və hər birimizin arzuladığı kimi işğaldan azad olunmuş ərazilərimizdə keçiriləcək”. 
Qeyd edək ki, "Vüqar Həşimov Memorialı" ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss