SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Vüqar Həşimov Memorialı 2021": Vüqar Əsədli dünya çempionuna qalib gəldi

Dünən Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirin Rapid yarışına yekun vuruldu.

CANLI

 Chess.az xəbər verir ki, Rapid və Blitz turnirlərdən ibarət olan "Vüqar Həşimov Memorialının" birinci hissəsi artıq başa çatdı. Rapid yarışından sonra turnir cədvəlinə aktivlərində 16 xalları olan macar Riçard Rapport və bu turnirdə əvvəlki performansını xatırladaraq möhtəşəm çıxış edən rusiyalı Sergey Karyakin başçılıq edirlər. Onları 14 xalla Fabiano Karuana Şəhriyar Məmmədyarov izləyirlər. 

 Bu gün Bakı vaxtı ilə saaat 15:00-da yarışın Blitz turnirinə start veriləcək. Dekabrın 24-dək davam edəcək turnirin sonunda "Vüqar Həşimov Memorialı 2021"-in qalibinin adı məlum olacaq. Qeyd edək ki, indiyədək keçirilən memoriallarda yalnız iki şahmatçı qalib olub. Norveçli Maqnus Karlsen dörd, həmyerlimiz Şəhriyar Məmmədyarov isə üç dəfə Vüqar Həşimovun xatirəsinə həsr olunan super turnirin qalibi olmuşdurlar. 
 Rapid turnirinin son günü Azərbaycan şahmatı üçün əlamətdar hadisə ilə də yadda qaldı. Belə ki, turnirdə iştirak edən gənc və perspektivli azərbaycanlı şahmatçı Vüqar Əsəsdli iki oyunun nəticəsinə görə eks dünya çempionu hindistanlı Vişvanatan Anand üzərində qələbə qazandı. Bu qələbə şübhəsiz ki,  Vüqara gələcək karyerasında böyük psixoloji təkan verəcək. Ona da qeyd edək ki, məhz Vüqar Əsədli şahmat üzrə Azərbaycan milli komandanın heyətinə düşmək üçün əsas namizədlərdən biri hesab olunur.  
 Mərhum qrossmeysterimiz Vüqar Həşimov ölkənin və dünyanın ən güclü və perspektivli şahmatçılarından biri hesab olunurdu. Yaşasaydı, bu il 35 yaşını qeyd edəcəkdir.  Vüqar Həşimov kareyerasının pik noqtəsində FİDE-nin reytinq cədvəlində 6-cı pilləyə qədər yüksəlmişdir. Üçqat Azərbaycan çempionu olmuş, 2009-cu ildə Azərbaycan yığmasının Avropa Çempionu adı uğrunda həlledici matçda “qələbə qolunu” vuran (həlledici partiyanın qalibi) məhz Vüqar Həşimov olmuşdur.  Təəsüf ki, beyin xərçənginə qalib gələ bilməyən Vüqar, 2014-cü ilin yanvarın 11-də Almaniyada, müalicə aldığı klinikada vəfat edib. Allah rəhmət eləsin.
 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss