SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Chess.az "İlin şahmatçısını" seçir!

Chess.az saytı ənənəvi olaraq "İlin Şahmatçısı" nominasiyası üzrə səsverməyə start verir. 


  Artıq dördüncü dəfədir ki, keçiriləcək səsvermənin nəticələri 2022-ci ilin yanvarın 2-də açıqlanacaq. Budəfəki nominantlar Azərbaycanın ən güclü kişi və qadın şahmatçıları olacaq. Beləliklə Chess.az saytının versiyası üzrə "İlin şahmatçısı" nominasıyası üzrə namizədlər bunlardır:
Şəhriyar Məmmədyarov 
Teymur Rəcəbov
Günay Məmmədzadə
Gülnar Məmmədova 
  Qeyd edək ki, bu il məhz qadın şahmatçılarımızın üçün uğurlu alınmışdır. Qadınlardan ibarət yığma komandamız 2021-ci ildə Avropa çempionatının bürünc medallarını qazanmışdır. Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə isə "FİDE Grand Prix" mərhələsində üçüncü yer tutmuşdur. Səsvermədə iştirak etmək istəyən tamaşaçılar yuxarıda göstərilən linkə daxil olub mesaj bölümündən səs verə bilərlər. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss