SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Olar biraz şikayətlənim?" - Dünya çempionu od püskürdü!

2021-ci ildə fantastik nəticələr əldə edən və ilin son günlərində şahmatın rapid növü üzrə də Dünya çempionu olmağa bacaran rusiyalı Aleksandra Kostenyuk, sosial şəbəkələrdə verdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb.  

  Kostenyuk ötən il qazandığı kifayyət qədər ciddi uğurlara baxmayaraq dövlət qayğısını hiss etmədiyini bildirərək bunları deyib : "Olar biraz şikayətlənim? Bir mövzu məni çox narahat edir. 17 yaşlı Özbəkistanlı şahmatçısı Nodirbek Abussatarova ölkə başçısı dövlət mükafatını və iki otaqlı mənzilin açarlarını təqdim etdi. 2021-ci ildə Soçidə keçirilmiş Dünya kubokunda qələbə qazanan polyak Yan-Kşıştof Duda da, dövlət mükafatına layıq görülüb və o mükafatı ona şəxsən Polşa prezidenti təqdim etdi. Mən isə, 2021-ci ildə Dünya kubokunun, Rapid üzrə Dünya çempionatının, yığma komandanın tərkibində isə Dünya çempionatının və Onlayn Şahmat Olimpiadasının qalibi olmuşam. Amma... Mən artıq Soçidə hiss etdim ki, qələbəmə deyəsən elə ancaq şahmat ictimaiyyəti xəbər tutdu və sevindi. Cəmi 1-2 müsahibə aldılar, nə maraqlanan nə də ki, təbrik edən. Varşavada qazandığım zəfərdən sonra isə, ümumiyyətlə heç müsahibə alan da olmadı. Payızda Rusiya Şahmat Federasiyası mənim adımı İdman Nazirliynə qadınlar arasında Rusiyada "İkin idmançısı" adına təqdim etmişdir, amma orada mən heç final səsverməyə qədər irəliləyə bilmədim.   

  2008-ci ildə mən Dünya çempionu olanda o vaxtkı Rusiya prezidenti Dmitriy Medvedev və baş nazir Vladimir Putindən təbrik teleqramlarını almışdım. Bundan əlavə dövlət mükafatına da layıq görülmüşdüm (medal). Bu dəfə isə -heçnə. Nəisə, işə davam. Soruşma ölkən sənin üçün nə edib, soruş sən ölkən üçün nə etmisən. Adamın sadəcə heyfi gəlir. Şahmat ənənəsi olan ölkədə, belə böyük uğurlar əldə edəsən və bu uğurların heç kimə lazım olmasın. Yaxşı ki, yarışların mükafat fondunu artırıblar, heç olmasa özümüz özümüzü dolandırmağa və çoxdandır arzuladığım Moskvada şahmat məkətəbini açmağa çatacaq".скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss