SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan çempionatında rekord mükafat fondu!

Kişilər arasında növbəti Azərbaycan çempionatının vaxtı və keçiriləcəyi yeri müəyyənləşib.

Chess.az Azərbaycan Şahmat Federasiyasının rəsmi internet saytına istinadən xəbər verir ki, növbəti ölkə çempionatı 4-17 fevral tarixlərində Naxçıvan şəhərində keçiriləcək. Bu dəfə ölkə çempionatında 40 şahmatçı iştirak edəcək. İsveçrə sistemi üzrə keçiriləcək və doqquz turdan ibarət olan turnirin sonunda ilk dörd yeri tutmuş şahmatçılar Pley-off mərhələsinə vəsiqə qazanacaqlar. İkioyunluq yarımfinalların sonunda qalib olan şahmatçılar isə ölkə çempionatının final matçına vəsiqə qazanacaqlar.

  Onu da qeyd edək ki, budəfəki ölkə çempionatı, şahmat tariximizə ən yüksə mükafat fondu olan Azərbaycan çempionatı kimi düşəcək. Beləliklə, çempionatın ümumi mükafat fondu 22 000 manat təşkil edəcək. Çempionatda iştirak edəcək şahmatçıların siyahısı yaxın günlərdə müəyyənləşəcək. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss