SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov liderlər qrupunda

Niderlandda dünyanın ən mötəbər şahmat turnirlərindən biri hesab olunan TATA STEEL MASTERS” davam edir.


CANLI


Sayca 84-cü dəfə keçirilən bu turnirdəki yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov, azərbaycanlı azarkeşləri sevindirməyə davam edir. Turnirdə keçirdiyi yeddi oyunun ikisindən qalib kimi ayrılan, digər beş partiyanı isə bərabərliklə başa vuran Məmmədyarov hal-hazırda 4.5 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Onu yalnız norveçli Maqnus Karlsen qabaqlayır. Dünya çempionu şahmatçımızdan cəmi yarım xal irəlidə olmaqla turnir cədvəlinin vahid lideridir.

Sabah Bakı vaxtı ilə saat 18:00-da Veyk an Zee-də 8-ci turun oyunlarına start veriləcək. Şəhriyar Məmmədyarov gənc hindistanlı qrossmeyster Paqnanandxaanı ağ fiqurlarla sınağa çəkəcək. Yarışın lideri Maqnus Karlsen isə qara fiqurlarla ABŞ şahmatçı Sem Şenklandla qarşılaşacaq.

Qeyd edək ki, 13 turdan ibarət olan superturnir yanvarın 30-dək davam edəcək.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss