SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dubov Aniş Giri ilə oyuna çıxmaqdan imtina etdi!

Niderlandın Veyk an Zee şəhərində davam edən "TATA STEEL MASTERS" şahmat superturnirinin yeddinci turunda kuryoz hadisə yaşandı. 

  Chess.az xəbər verir ki, bu gün yerli şahmatçı Aniş Giri ilə qarşılaşmalı olan rusiyalı Daniil Dubov oyuna çıxmaqdan imtina edib. Buna səbəb təşkilatçıların ona bu partiyaya maska ilə çıxmaq tələbi olub. Qeyd edək ki, dünən verilən testlərin nəticələrindən məlum olub ki, Daniil Dubovun yaxın ətrafında olan bir şəxsdə COVİD-19 virusu aşkarlandı. Dubovun ötən gün verdiyi testin nəticəsi neqativ olsa da, təşkilatçılar ondan növbəti testin nəticələri açıqlanana qədər digər şahmatçıların sağlamlığının riskə atmamaq üçün məhz bu partiyanı maskada keçirməyini tələb ediblər. Dubov isə öz növbəsində bu tələbi rədd edərək oyuna çıxmaqdan imtina edib. Qısa məsləhətləşmələrdən sonra təşkilatçılar rusiyalı şahmatçıya oyuna çımadığına görə texniki məğlubiyyət veriblər.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss