SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymur ikinci dəfə ailə həyatı qurdu

Azərbaycan şahmat tarixinin ən parlaq simalarından biri olan Teymur Rəcəbov rəsmi olaraq ikinci dəfə ailə həyatı qurduğunu açıqlayıb.

  Bu barədə şahmatçı özü, "İnstaqram" səhifəsində etdiyi paylaşımda məlumat verib. Yığmamızın üzvü Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə keçirilən nikah mərasimindən “I Love You!” (Səni sevirəm) başlıqlı şəkillər paylaşaraq yenidən ailə həyatını qurduğunu rəsmi olaraq elan etdi.
  Qeyd edək ki, Teymur Rəcəbov ilk dəfə 2011-ci ildə ailə həyatını qurmuşdu. Onun həyat yoldaşı SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə Nəsirli idi. Bir müddət əvvəl cütlük boşansa da, bu barədə mətbuatda heç bir rəsmi məlumat dərc edilməmişdir. Onların Məryəm adlı bir övladı var.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss