SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

25 yanvar saat 17:00-da: Karlsen-Məmmədyarov dueli (CANLI)

Niderlandın Veyk an Zee şəhərində dünyanın ən qədim mötəbər şahmat turnirlərindən biri hesab olunan TATA STEEL MASTERS” davam edir.

CANLI

  Sevindirici haldır ki, sayca 84-cü dəfə keçirilən turnirdəki yeganə təmsilçimiz Şəhriyar Məmmədyarovun uğurlu çıxışı davam edir. Dünən keçirilmiş səkkizinci turda Məmmədyarov gənc hindistanlı qrossmeyster Paqnanandxaanı məğlub edərək birincilik uğrunda mübarizəni davam etdirir. Qazandığı qələbə sayəsində Şəhriyar dünən ABŞ şahmatçı Sem Şenklandla heç-heçə edən Maqnus Karlsenə çatdı və indi onlar 5.5 xalla yarış cədvəlinə liderlik edirlər. 

  Bu gün turnirdə istirahət günüdür. Sabah isə Bakı vaxtı ilə saat 17:00-da start götürəcək 9-cu turda azarkeşləri final kimi qarşılaşma gözləyir. Liderlər Şəhriyar Məmmədyarovla Maqnus Karlsen üzü-üzə gələcəklər. Olduqca maraqlı mübarizənin sonunda gülən tərəf olacaqsa, həmin şahmatçı turnirdə ümumi qələbə uğrunda ciddi addım atmış olacaq.  
  Qeyd edək ki, 13 turdan ibarət olan superturnir yanvarın 30-dək davam edəcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss