SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov 10 illik tilsimi qırdı!

Niderlandın Veyk an Zee şəhərində sayca 84-cü olan TATA STEEL MASTERS” şahmat festivalına yekun vuruldu.  

   Sevindirici haldır ki, builki turnirin sonunda şahmat azarkeşlərimiz uzun fasilədən sonra nəhayət ki, mükafatçılar sırasında azərbaycanlı şahmatçı görə bildi. Düz on illik fasilədən sonra, azərbaycanlı şahmatçı bu mötəbət turnirin mükafatçıları arasına düşə bildi. Bu tarixi uğura yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov imza atdı. Ən son belə hal 10 il bundan əvvəl baş vermişdir. 2012-ci ildə keçirlmiş yarışda qrossmeysterimiz Teymur Rəcəbov "Tata Steel Master"-i 3-cü pilllədə bitirmişdir. Teymurun həmin uğurundan sonra nə Teymurun özü, nə də başqa bir şahmatçımız sözügüdən turnirin mükafatçıları sırasına düşə bilmirdi. Və nəhayət  10 il sonr turnirdə fantastik performans göstərən Şəhriyar Məmmədyarov turniri ikinci pillədə bitirməy bacararaq bu tilsimi qıra bildi. Yarış boyu cəmi bir dəfə, 8-ci dəfə turnirin qalibi olmuş Maqnus Karlsenə məğlub olan Şah, keçrdiyi 13 oyundan sonra 8 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsinin sahibi oldu. Turnirdə üçüncü yeri isə macar Mixael Rapport tutmuşdur.    

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss