SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Praqnanandhaa Vüqar Həşimov mükafatına layıq görüldü

Niderlandın Veyk an Zee şəhərində başa çatmış "Tata Steel Chess" şahmat turnirində Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatının sahibləri məlum olub.

   Chess.az xəbər verir ki, yarışın bağlanış mərasimində "Masters" "Challenge" turnirlərində fərqlənən qrossmeysterlər təltif edilib. Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafata, "Masters" turnirində gənc hindistanlı şahmatçı Rameşbabu Praqnanandhaa, "Challenge" turnirində isə niderlandlı Ervin Llami layiq görülüblər.
  Qeyd edək ki, yanvarın 30-da başa çatmış festivalın əsas turnirində həmyerlimiz  Şəhriyar Məmmədyarov turniri ikinci pillədə başa vurmuşdur. Xatırladaq ki, Vüqar Həşimov mükafatı sözügedən festivalda  2016-cı ildən təqdim olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss