SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE reytinq cədvəlini açıqladı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.
 
  İlin ikinci reytinq siyahısında ilk onluqda Azərbaycanın cəmi bir təmsilçisi yer alır. Dünya reytinqində doqquzuncu sırada yer alan Şəhriyar Məmmədyarovun (2767 xal) yanvar ayında da olduğu kimi doqquzuncu pillədə qərarlaşıb. 2700-lər klubunda digər təmsilçimiz Teymur Rəcəbov (2753 xal) da ötən ay olduğu kimi kimi 14-cü sıradadır.
  Kişi şahmatçılarımızdan ilk yüzlükdə daha iki təmsilçimiz yer alır. Belə ki, Qədir Hüseynov (2661 xal) 76-cı, Rauf Məmmədov isə (2656 xal) 87-ci pillədə qərarlaşıblar.
  Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2865 xal) başçılıq edir. İkinci pillədə Fransanı təmsil edən gənc istedad Alireza Firuzca (2804 xal), üçüncü yerdə isə çinli Dinq Liren (2799 xal) yer alıblar.
  Qadınların reytinq cədvəlində isə ilk yüzlükdə şahmatçılarımız Günay Məmmədzadə 2470 xalla 24-cü, Gülnar Məmmədova (2387 xal) 66-cı, Xanım Balacayeva (2376 xal) 80-ci pillədə qərarlaşıblar.
Qadınların reytinq cədvəlində birinci pilləni çinli Hou Yifan (2658 xal) tutur. Rusiyalı Aleksandra Qoryaçkina (2610 xal) və hindistanlı Hampi Koneru (2586 xal) sonrakı iki pillədə qərarlaşıblar.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss