SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Sabah "FİDE Grand Prix 2022" start götürür (İŞTİRAKÇILAR)

Fevralın 3-də Almaniyanın paytaxtı Berlində "FİDE Grand Prix" seriyasının birinci mərhələsi start götürəcək. 

  Chess.az xəbər verir ki, Berlindəki turnirdə karantində olduqları üçün çinli Dinq Liren və rusiyalı Dmitriy Andreykin iştirak etməyəcəklər. Onların əvəzinə turnirə polyak Radoslav Voytaşek və rusiyalı Dmitriy Andreykin dəvət olunublar.
  "World Chess" şirkəti tərəfindən təşkil olunan FİDE Qran Prisi, üç turnirdən ibarət olacaq. Seriyada ümumilikdə 24 şahmatçı mübarizə aparacaq. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində iştirak edə bilər. 

   Seriyanın birinci mərhələsi 3-17 fevral tarixlərində Berlində, ikinci 28 fevral-14 mart tarixlərində Serbiyanın paytaxtı Belqradda, son mərhələsi isə 21 mart - 4 aprel tarixlərində yenə də Berlində baş tutacaq. Üç turnirin nəticələrinə görə, seriyada ilk iki yeri tutan şahmatçı  iyun ayında İspaniyanın paytaxtı Madrid şəhərində start götürəcək "İddiaçılar Turnirinə" vəsiqə qazanacaqlar. 
 "FİDE Grand Prix" iştirakçıları arasında azərbaycanlı şahmatçı da olacaq. Söhbət son vaxtlar möhtəşəm performans göstərən Şəhriyar Məmmədyarovdan gedir. Məmmədyarov seriyanın ikinci və üçüncü turnirlərində iştirak edəcək. Hər turnirin mükafat fondu 150 000 avro təşkil edəcək. 

İŞTİRAKÇILAR:

 1-ci mərhələ. Almaniya.Berlin. 03.02 – 17.022-ci mərhələ. Belqrad   28.02 – 14.033-cü mərhələ. Almaniya.Berlin. 03.02 – 17.02
1Radoslav Voytaşek (Polşa)Dinq Liren (Çin) 
2 Aniş Giri (Niderland) Aniş Giri (Niderland) 
3Vesli So (ABŞ) Vesli So (ABŞ)
4Levon Aronyan (ABŞ) Levon Aronyan (ABŞ)
5 Şəhriyar Məmmədyarov (Azərbaycan) Şəhriyar Məmmədyarov (Azərbaycan)
6Aleksandr Qrişyuk (Rusiya)Aleksandr Qrişyuk (Rusiya)
 
7Riçard Rapport (Macarıstan)Riçard Rapport (Macarıstan)
 
8 Maksim Vaşye-Laqraf (Fransa)Maksim Vaşye-Laqraf (Fransa)
9 Leyner Dominqez (ABŞ) Leyner Dominqez (ABŞ)
10 Hikaru Nakamura (ABŞ) Leyner Dominqez (ABŞ)
11 Nikita Vitiuqov (Rusiya)Nikita Vitiuqov (Rusiya)
12 Pentala Harikrişna (Hindistan)Pentala Harikrişna (Hindistan)
 
13 Vidit Guyarathi (Hindistan)Vidit Guyarathi (Hindistan)
 
14 Andrey Yesipenko (Rusiya) Dmitriy Andreykin (Rusiya)
15 Daniil Dubov (Rusiya) Daniil Dubov (Rusiya)
16 Yu Yanqyi (Çin)Yu Yanqyi (Çin)
17 Sem Şenkland (ABŞ)Sem Şenkland (ABŞ)
18 Vladimir Fedoseyev (Rusiya)Vladimir Fedoseyev (Rusiya)
 
19 Aleksey Şırov (İspaniya)Aleksey Şırov (İspaniya)
 
20 Aleksandr Predke (Rusiya)Aleksandr Predke (Rusiya)
21 Qriqoriy Oparin (Rusiya) Qriqoriy Oparin (Rusiya)
22 Vinsent Keymer (Almaniya) Vinsent Keymer (Almaniya)
23 Amin Tabatabaei (İran)Amin Tabatabaei (İran)
24 Etyen Bakrot (Fransa)Etyen Bakrot (Fransa)
 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss