SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bibisara Assaubayeva Qasım-Comərt Tokayevdən nəyin xahişini edib?

Dünən Qazaxıstan respublikasının prezidenti Qasım-Comərt Tokayev 2021-ci ilin dekabr ayının sonunda qadınlar arasında şahmatın Blitz növü üzrə dünya çempionu olmuş Bibisara Assaubayevanı qəbul edib.

  Bu barədə şahmatçının özü, şəxsi Feysbuk səhifəsində məlumat verib: "Dünən unudulmaz bir gün yaşadım. Ölkə başçısı işlərinin çox və gərgin olmasına baxmayaraq məni qəbul etdi. Özü də bu qəbul görüş xatirinə görüş olmadı. Prezident mənimlə şahmat barəsində xeyli söhbət etdi, problemlərimizlə maraqlandı. Mənim üçün onun şahmat sahəsinin və tarixinin bu qədər dərindən bilməsi böyük sürpriz oldu. Prezidentimiz hətta 1978-ci ildə Baqioda keçirilmiş və Anatoliy Karpovun qələbəsi ilə başa çatmış dünya çempionatının finalını da canlı izləyib. Mən prezidentdən xahiş etdim ki, həm kişi həm qadınlardan ibarət yığma komandalar Şahmat Olimpiadalarına yollananda, o şəxsən bizi qəbul etsin və başqa idmançıları Yay və Qış Olimpiadalarına yola saldığı kimi bizi də rəsmi şəkildə yola salsın. Prezident də bu xahişimi müsbət qarşıladı və söz verdi ki. bundan sonra bizi də Olimpiadalara şəxsən özü yola salacaq. Bu bizlər üçün böyük motivasiya olacaq"


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss