SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Çempionatı 2022: Yekun siyahı məlum oldu. Çempionatda 28 yox, 24 şahmatçı iştirak edəcək

Sabah Naxçıvan şəhərində kişilər arasında növbəti Azərbaycan çempionatı start götürəcək.

 Chess.az xəbər verir ki, 5-17 fevral tarixlərində keçiriləcək ölkə birinciliyində əvvəlcədən elan olunduğu kimi 28 yox, 24 şahmatçı iştirak edəcək (Chess24.com saytında məhz bu sayda şahmatçı qeyd olunub). Adları ilkin siyahııda olan Nicat Abbasov, Vüqar Əsədli, Sərxan Quliyev və Loğman Quliyevin adları yekun siyahıda yoxdur. Bu gün ölkə çempionatının rəsmi açılış mərasimi keçiriləcək. Sabah saat 14:00-da isə, şahmatçılar mübarizəyə başlayacaq.

   İsveçrə sistemi üzrə keçiriləcək və doqquz turdan ibarət olan turnirin sonunda ilk dörd yeri tutmuş şahmatçılar Pley-off mərhələsinə vəsiqə qazanacaqlar. İkioyunluq yarımfinalların sonunda qalib gələn şahmatçılar isə, ölkə çempionatının final matçına vəsiqə qazanacaqlar.
  Xatırladaq ki, budəfəki ölkə çempionatı, şahmat tariximizə ən yüksə mükafat fondu olan Azərbaycan çempionatı kimi düşəcək. Beləliklə, çempionatın ümumi mükafat fondu 22 000 manat təşkil edir.

Azərbaycan Çempionatı 2022: 
1.Vasif Durarbəyli 
2.Nicat Məmmədov 
3.Eltac Səfərli 
4.Misrətdin İsgəndərov 
5.Aydın Süleymanlı 

6.Məhəmməd Muradlı 
7.Fərid Abbasov 
8.Əhməd Əhmədzadə 
9.Vüqar Rəsulov 
10.Xəzər Babazadə 
11.Murad İbrahimli 
12.İsmayıl Şahəliyev 
13.Pərviz Qasımov 

14.Urfan Sevdimalıyev 
15.Zaur Bayramov 
16.Atilla Eynullayev 
17.Fərid Mustafayev 
18.Uğur İlyaslı 
19.Şiroğlan Talıbov 
20.Vüqar Manafov 
21.Toğrul Həsənzadə 
22.Elvin Bayramov 
23.Talıb Babayev 
24.Elmar Atakişiyev 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss