Azərbaycan Şahmat Federasiyasının prezidenti və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov ARB 24 televiziyasına geniş müsahibə verib.
Chess.az xəbər verir ki, tanınmış idman jurnalisti Azər İsmayılın "Qısa-konkret" verilişi üçün hazırladığı müsahibə sabah saat 17:30-da ARB 24-ün efirində yayımlacaq. Artıq bu gündən başlayaraq müsahibənin anonsu da televiziyada yayımlanmağa başlayıb.