SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Çempionatı 2022: Mübarizə qızışır (CANLI)

Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatı davam edir.

CANLI

   Chess.az xəbər verir ki, bu dəqiqələrdə ölkə birinciliyinin beşinci turun partiyaları oynanılır. Keçirilmiş dörd turdan sonra isə, turnir cədvəlinə birdən bir altı şahmatçı başçılıq edir. Bu onun göstəricisidir ki, çempionatın finalına düşmək uğrunda amansız mübarizə gedir.  Aktivlərində 3 xalları olan Aydın Süleymanlı, Vasif Durarbəyli, Pərviz Qasımov, Murad İbrahimli, Nicat Məmmədov  Əhməd Əhmədzadə yarış cədvəlinə başçılıq edirlər.   

   Xatırladaq ki, turnir İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarət olacaq. Turnirin sonunda isə ilk dörd yeri tutmuş şahmatçılar Pley-off mərhələsinə vəsiqə qazanacaqlar. İkioyunluq yarımfinalların sonunda qalib gələn şahmatçılar isə, ölkə çempionatının final matçına üz üzə gələcəklər. 

  Qeyd edək ki, fevralın 17-dək davam edəcək ölkə çempionatı şahmat tariximizə ən yüksə mükafat fondu olan Azərbaycan çempionatı kimi düşəcək. Beləliklə, çempionatın ümumi mükafat fondu 22 000 manat təşkil edir.


Turnir cədvəli:

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss