SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Çempionatı 2022: Yarımfinalçılar bəlli oldu! (CANLI)

Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatının birinci mərhələsi başa çatdı.
CANLI
   Chess.az xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən ölkə çempionatının birinci mərhələsi doqquz turdan ibarət idi. Olduqca gərgin mübarizənin sonunda son ölkə çempionu Vasif Durarbəyli, Azərbaycan şahmatının gələcək ulduzları hesab olunan Aydın Süleymanlı ilə Məhəmməd Muradlı və qrossmeyster Misrətdin İsgəndərov ilk dörd pilləni tutaraq yarımfinala vəsiqə qazanıblar. 

  Beləliklə sabah start götürəcək yarımfinal mərhələsində Vasif Durarbəyli ilə Məhəmməd Muradlı,  Misrətdin İsgəndərov isə Aydın Süleymanlı ilə üz üzə gələcəklər. İkioyunluq matçların qaliblər isə, yeni Azərbaycan çempionunun adını müəyyənləşdirmək üçün finala yüksələcəklər. Bu arada çempionatın birinci mərhələsi daha bir əlamətdar hadisə ilə yadda qaldı. Gənc şahmatçı Xəzər Babazadə ilk dördlüyə düşə bilməsə də, çempionatda qazandığı nəticələr sayəsində Xəzər son Beynəlxalq usta (İM) normasını yerinə ytirərək Beynəlxalq usta tituluna yiyələndi. 
  Qeyd edək ki, fevralın 17-dək davam edəcək ölkə çempionatı şahmat tariximizə ən yüksə mükafat fondu olan Azərbaycan çempionatı kimi düşəcək. Beləliklə, çempionatın ümumi mükafat fondu 22 000 manat təşkil edir.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss