SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Hikaru Nakamuradan möhtəşəm dönüş. 13 xal və 24 000 avro

Dünən Almaniyanın paytaxtı Berlində "FİDE Grand Prix 2022" seriyasının birinci mərhələsinə yekun vuruldu. 
   Chess.az xəbər verir ki, mərhələ yarışı pandemiya üzündən 2019-cu ildən bu tərəfə heç bir rəsmi turnirdə iştirak etməyən amerikalı Hikaru Nakamuranın parlaq qələbəsi ilə nəticələndi. Finalda "eks erməni", hazırda isə ABŞ-ı təmsil edən Levon Aronyanı məğlub edən Nakamura, möhtəşəm dönüş edərək hesabına 13 Gran-Pri xalını yazdırmaqla yanaşı, şəxsi büdcəsini 24 000 avro zənginləşdirməyi də bacardı.

 
 "FİDE Grand Prix"-in birinci mərhələsində xal qazanan şahmatçılar:

Hikaru Nakamura  (ABŞ)          13 xal
Levon Aronyan     (ABŞ)           10 xal
Leyner Dominqez  (ABŞ)            7 xal
Riçard Rapport     (Macarıstan)  7 xal 
Vasli So              (ABŞ)             4 xal
Andrey Yesipenko  (Rusiya)       4 xal
Radoslav Voytaşek (Polşa)         4 xal
Vidit Gujrati         (Hindistan)    3 xal
Daniil Dubov        (Rusiya)        3 xal
Vladimir Fedoseyev (Rusiya)      2 xal
Aleksandr Qrişyuk  (Rusiya)       2 xal
Pentala Harikrişna  (Hindistan)   2 xal 

   Qeyd edək ki, cəmi üç mərhələdən ibarət olacaq seriyada ümumilikdə 24 şahmatçı mübarizə aparır. Hər  mərhələdə 16 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində iştirak edə bilər. Seriyadakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov 2-ci və 3-cü mərhələlərdə mübarizə aparacaq. Həmin mərhələlər 28 fevral-14 mart tarixlərində Serbiyanın paytaxtı Belqradda və 21 mart- 4 aprel yenidən Berlində baş tutacaq.  Qeyd edək ki, üç turnirin nəticələrinə əsasən ilk iki yeri tutan şahmatçı  iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək "İddiaçılar Turnirinə" vəsiqə qazanacaqlar. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss