SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

38.Fc4 və Məhəmməd ikiqat Azərbaycan çempionu!

Bu dəqiqələrdə Naxçıvan şəhərində kişilər arasında 29-cu Azərbaycan çempionatının final qarşılaşması başa çatdı və 2022-ci ölkə çempionunun adı məlum oldu.
 CANLI
   Dünən keçirilmiş finalın ilk partiyasından qalib ayrılan Məhəmməd Muradlı rəqibi Misrətdin İsgəndərova nisbətən çempionluğa daha yaxın kimi görünürdü. Məhəmmədə çempion titulunu qazanmaq üçün sadəcə məğlub olmamaq kifayət idi. Onun rəqibi Misrətdin İsgəndərov isə daha çətin duruma düşmüşdür. Gənc və perspektivli şahmatçı ilə həlledici partiyada İsgəndərova mütləq qələbə lazım idi. Yalnız bu halda final matçı tay-brekə qədər davam edə bilərdi. İnsafən desək İsgəndərov buna çox yaxın idi. Oyuna aqressiv başlayan Misrətdin getdikcə üstünlüyünü artırırdı. 32-ci gedişdən sonra isə ümumiyyətlə bir çoxları artıq bu partiyada İsgəndərovun qələbə qazanacağını düşünürdü. Yalnız səhv etdiyinə baxmayaraq kontrolunu itirməyən Məhəmməd Muradlı panik etməyərək rahat və təmkinli şəkildə rəqibinin səhvini gözləyirdi. Və Məhəmmədin gözlədiyi oldu. Əvvəlcə 34-cü gedişdə 34.c7 oynayaraq kobud səhvə yol verən Misrətdin əldə etdiyi çox ciddi üstünlüyünü əldən verdi və taxta üzərindəki vəziyyət bərabərləşdi. Rəqibinin bu kobud səhvi Məhəmməd üçün göydən düşmə odu. Artıq çempionluğun yaxında olduğunu hiss edən Muradlı rəqibini daha bir kobud səhv etməyə məcbur etdi. Cəmi dörd gedişdən sonra İsgəndərov (38.Fc4) daha bir kobud səhvə yol verərək artıq çempionluğun əldən getdiyini anladı və 40-cı gedişdə təslim oldu.  Beləliklə 20 yaşlı Məhəmməd Muradlı karyerasında ikinci dəfə Azərbaycan çempionu adına yiyələndi. Xatırladaq ki, Məhəmməd ilk dəfə 2019-cu ildə Azərbaycan çempionu olmuşdur.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss