SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE reytinq cədvəlinin açıqladı. Məmmədyarov irəliləyib!

Beynəlxalq Şahmat Federasiyası (FIDE) mart ayı üçün reytinq siyahısını açıqlayıb. 
 Mart ayı üçün açıqlanan siyahıda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov (2776 xal) iki pillə irəliləyərək 7-ci mövqedə qərarlaşıb. Digər şahmatçımız Teymur Rəcəbov (2753 xal) isə əvvəlki kimi 14-cü sıradadır. Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz var. Belə ki, Qədir Hüseynov (2661 xal) 76-dan 72-ci, Rauf Məmmədov isə (2656 xal) 87-dən 80-ci pilləyə yüksəliblər. Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. İkinci pillədə Fransanı təmsil edən gənc istedad Alireza Firuzca (2804 xal), üçüncü yerdə isə çinli Liren Dinq (2799 xal) yer alıblar. 
 Qadınların reytinq cədvəlində isə ilk yüzlükdə şahmatçılarımız Günay Məmmədzadə 2454 xalla 25-ci, Gülnar Məmmədova (2387 xal) 64-cü, Xanım Balacayeva (2376 xal) 77-ci pillədə qərarlaşıblar. Qadınların reytinq cədvəlində birinci pilləni çinli Hou Yifan (2656 xal) tutur. Rusiyalı Aleksandra Qoryaçkina (2610 xal) və hindistanlı Hampi Koneru (2560 xal) sonrakı iki pillədə qərarlaşıblar.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss