SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FİDE Grand Prix 2022": Məmmədyarovdan ardıcıl üçüncü heç-heçə

Serbiyanın paytaxtı Belqradda "FİDE Grand Prix 2022" seriyasının ikinci mərhələsi davam edir.
CANLI
 Chess.az xəbər verir ki, seriyada iştirak edən yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov dünən D qrupunda üçüncü görüşünü keçirib. Rusiyalı Aleksandr Predke ilə qarşılaşan şahmatçımız ardıcıl üçüncü dəfə heç-heçə edib. Qeyd edək ki, Ş.Məmmədyarovun mübarizə apardığı qrupda indiyədək keçirilən bütün görüşlər bərabərliklə nəticələnib. Bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək 4-cü turda Məmmədyarov çinli şahmatçı Yu Yanyi ilə qarşılaşacaq. 
 Qeyd edək ki, cəmi üç mərhələdən ibarət olacaq seriyada ümumilikdə 24 şahmatçı mübarizə aparır. Hər  mərhələdə 16 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində iştirak edə bilər. Seriyadakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov 2-ci və 3-cü mərhələlərdə mübarizə aparacaq. Qeyd edək ki, üç turnirin nəticələrinə əsasən ilk iki yeri tutan şahmatçı  iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək "İddiaçılar Turnirinə" vəsiqə qazanacaqlar. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss