SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Məmmədyarovlar”-da Bədən tərbiyəsi və idman günü qeyd olundu

Bakı şəhər gənclər və idman baş idarəsi və “Məmmədyarovlar” şahmat məktəbinin birgə təşkilatçılığı, Azərbaycan şahmat federasiyasının dəstəyi ilə 5 mart – Bədən tərbiyəsi və idman gününə beynəlxalq reytinqli rapid üzrə turnir keçirildi.

  7 turdan ibarət yarışda 40-a yaxın yeniyetmə şahmatçı mübarizə aparıdı. Elmir Abbaszadə bütün partiyaları qələbə ilə başa vurdu. 2-ci yeri Atilla Cabbarlı, 3-cü sıranı Attila Orman tutdu.
 

 Yarışın nəticələrinə görə, qızlar arasında ən yaxşı nəticəni Mədinə İmranlı göstərdi. Ayan Xəlilzadə 2-ci və Banu Ağazadə 3-cü oldu. Yekunda bütün iştirakçılara sertifikat, qaliblərə isə diplom və kubok təqdim edildi.
 

Yarışın bağlanış mərasimində Bakı şəhər gənclər və idman baş idarəsi rəisi Raqif Abbasov və Azərbaycan şahmat federasiyasının vitse-prezidenti Faiq Həsənov iştirak edərək, şahmarçılara uğurlar arzuladılar.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss