SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Məmmədyarovun Berlin şansı

Sabah Almaniyanın paytaxtı Berlində "FİDE Grand Prix 2022" seriyasının sonuncu mərhələsinə start veriləcək. 
   Chess.az xəbər verir ki, Serbiyada keçirilmiş ikinci mərhələdə qrupda qalan Şəhriyar Məmmədyarov işini xeyli çətinə salsa da, İddiaçılar turnirinə düşmək üçün teoretik şanslarını saxlayır. Bunun üçün Məmmədyarov ən azından son mərhələnin qalibi olmalıdır.  

 Qeyd edək ki, cəmi üç mərhələdən ibarət olan seriyada ümumilikdə 24 şahmatçı mübarizə aparır. Hər bir mərhələdə isə. onlardan yalnız 16-sı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində iştirak edə bilər. Üç turnirin nəticələrinə əsasən ilk iki yeri tutmuş şahmatçı  iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək "İddiaçılar Turnirinə" vəsiqə qazanacaqlar. Keçirlmiş iki mərhələdən sonra ümumi hesab belədir:
  
"FİDE Grand Prix"-in birinci mərhələsində xal qazanan şahmatçılar:


1.Riçard Rapport (Macarıstan) 20 xal. 2.
Hikaru Nakamura (ABŞ) 13 xal. 3-4.Levon Aronyan (ABŞ), Dmitriy Andreykin (FİDE) - 10 xal. 5-8. Leyner Dominqez  (ABŞ), Vidit Gujrati (Hindistan), Aniş Qiri (Niderland), Maksim Vaşye-Laqraf (Fransa) - 7 xal. 9-12. Vasli So (ABŞ), Andrey Yesipenko (FİDE), Sem Şenkland (ABŞ), Radoslav Voytaşek (Polşa) -  4 xal. 13-17.Nikita Vitiuqov (FİDE), Daniil Dubov (FİDE), Amin Tabatabaei (İran), Şəhriyar Məmmədyarov (Azərbaycan), Aleksandr Predke (FİDE) - 3 xal. 18-21.Vladimir Fedoseyev (FİDE), Aleksandr Qrişyuk  (FİDE), Pentala Harikrişna  (Hindistan), Etyen Bakrot (Fransa) - 2 xal. 22. Aleksey Şırov (İspaniya) 1 xal.

   
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss