SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AÇ 2022: Şahmatçılarımız inamla irəliləyir (CANLI)

Sloveniyanın Terme Çatej şəhərində şahmat üzrə Avropa çempionatı davam edir. 
CANLI 
   Chess.az xəbər verir ki, dünən qitə birinciliyinin yeddinci turun görüşləri keçirildi. Sevindirici haldır ki, qitə birinciliyində iştirak edən şahmatçılarımızın uğurlu çıxışı dünən də davam etdi. Yeddinci turda qələbə qazanan Qədir Hüseynovun da ciddi şəkildə çempionluq mübarizəsinə qoşulduğunu söyləmək olar. Qədir hal-hazırda Abdulla Qədimbəyli ilə birlikdə 5.5 xala malikdir və onlar turnir cədvəlinin 3-8-ci yerlərinin bölüşür. Aktivlərində 5 xalları olan Misrətdin İsgəndərov, Eltac Səfərli, Vasif Durarbəyli, Nicat Abbasov  Vüqar Əsədli  beşliyi də, medal uğrunda mübarizədən qopmamaq üçün əllərindən gələni edirlər və ümid edək ki, bu yarışın fəxri kürsüsündə ən azından bir şahmatçımızı görə biləcəyik. Yarış cədvəlinə isə aktivində 6.5 xalı olan almaniyalı Matias Blubaum başçılıq edir. Ondan yarım xal geri qalan erməni Qabriel Sarqisyan isə ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, bu gün keçiriləcək 8-ci turun mərkəzi görüşündə məhz Blubaumla Sarqsyan qarşılaşacaqlar. Bu qarşılaşmada rəqiblərin mümükün xal itkisi şahmatçılarımızın işinə yaraya bilər. Qalır sadəcə qələbə qazanıb, zirvəyə doğru böyük bir addım atmaq. Bakı vaxtı ilə saat 17:15-də start götürəcək Avropa çempionatının səkkizinci turun oyunları oyunları olduqca maraqlı keçəcəyi indidən məlumdr. Məhz bu turdan çempionluq uğrunda mübarizə aparacaq şahmatçıların adları böyük ölçüdə məlum olacaq. Qeyd edək ki,  İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss