Qadın şahmatçılar arasında Azərbaycan Çempionatının seçmə turniri başa çatıb.
Turnirin yekununda Xatun Bağırova 5,5 xalla 2-ci, Lalə Hüseynova isə 5 xalla 3-cü yerləri tutblar. Yeddi oyundan 6 xal toplayan Ləman Hacıyeva isə, seçmə turnirin qalibi olmaqla yanaşı qadınlar arasında Azərbaycan çempionatının final mərhələsində iştirak etmək hüququnu qazanıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət olan yarışda 20 şahmatçı mübarizə aparırdı.