SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AŞF-nın iclasında Qarabağda beynəlxalq turnirin keçirilməsi təklif olundu

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun rəhbərliyi ilə İcraiyyə Komitəsinin 2022-ci ildə ilk iclası keçirilib. 

 Chess.az xəbər verir ki, iclasda AŞF-nın prezidenti Mahir Məmmədov İcraiyyə Komitəsinin digər üzvləri - I vitse-prezident Faiq Həsənov, vitse-prezident, Naxçıvan MR Şahmat Federasiyasının rəhbəri Seymur Talıbov, Sərxan Həşimov, Cahangir Ağarəhimov və baş katib İlahə Qədimova iştirak ediblər. Görüşdə AŞF-nın nizamnaməsinə dəyişikliklər, cari ilin büdcəsi, yığma komandaya seçim şərtləri, təqaüd alacaq şahmatçıların müəyyən olunma kriteriyaları, daimi komissiyaların yaradılması və yarışların 2022-ci il üçün təqvimi müzakirə edilib. M.Məmmədov qarşıda şahmatçıları bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.
 Federasiya rəhbəri İcraiyyə Komitəsinin iclasından sonra qurumun mətbuat xidmətinə müsahibə verib. Həmin müsahibənin bəzi maraqlı məqamlarını sizlərə təqdim edirik: "Cari il üçün federasiyanın büdcəsi təsdiq olundu. Vacib məsələlərdən biri yığma komandaların formalaşma prinsipi müzakirə edildi. İcraiyyə Komitəsi şahmatçıların milli komandalara hansı şərtlərə əsasən dəvət olunacağını müəyyənləşdirdi. Bu qərardan asılı olaraq həm də təqaüd alacaq şahmatçılar məlum olacaq. Gündəlikdə müzakirə edilən məsələlərdən biri təqvimlə bağlı idi. Müzakirələrdən sonra 2022-ci ildəki təqvim dəqiqləşdirildi. Ölkədəki yarışların və beynəlxalq turnirlərin tarixlərinin üst-üstə düşməməsi çox vacibdi. Eyni zamanda federasiyanın nəzdində fəaliyyət göstərəcək daimi komissiyalara rəhbər şəxslərin namizədliyinə baxıldı. İclasda həmçinin 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının bu il keçirilməsi müzakirə edildi. Bu yarış 2 il öncə Naxçıvanda təşkil olunmalı idi. Koronavirus pandemiyasına görə bir çox yarışlar, o cümlədən yeniyetmələrin olimpiadası təxirə salındı. Ölkəmizin bu yarışla bağlı Beynəlxalq Şahmat Federasiyası qarşısında öhdəliyi var. Son günlər karantin qaydalarının yumşaldılmasını nəzərə alaraq, 2022-ci ildə mötəbər yarışın Naxçıvanda baş tutacağına inanırıq. Cari il həm də Qarabağ torpaqlarında şahmat yarışının təşkili baxımından əhəmiyyətli ola bilər. İcraiyyə Komitəsində Qarabağda – işğaldan azad olunan torpaqlarda beynəlxalq turnirin keçirilməsi təklif olundu. Şahmat üzrə superturnirin təşkili məsələsi müzakirə edildi. Bunun üçün şahmat təqvimində tarix seçildi. Qərara alındı ki, federasiya bu yarışla bağlı Gənclər və İdman nazirliyinə müraciət hazırlasın"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss