SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Federasiya prezidenti Sloveniyadan qayıdan şahmatçıları qəbul etdi

Azərbaycan Şahmat Federasiyasının mənzil qərargahında Sloveniyada keçirilmiş şəxsi Avropa çempionatında yüksək nəticə göstərən şahmatçılarla görüş keçirilib.

  Görüşdə qitə birinciliyinin yekun nəticələrinə əsasən 3-8-ci yerləri bölüşən Vasif Durarbəyli, 9-11-ci yerləri tutan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov, ilk qrossmeyster balını toplayan Read Səmədov, qadınlar arasında qrossmeyster üzrə son normanı yerinə yetirən Gövhər Beydullayeva iştirak ediblər.
  AŞF prezidenti Mahir Məmmədov görüşdə şahmatçıların nəticələrini yüksək qiymətləndirib, Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov Qədir Hüseynovu 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanmaları münasibəti ilə təbrik edib. M.Məmmədov Abdulla Qədimbəylinin yarışda uzun müddət lider mövqeyində qərarlaşdığını xatırlayaraq, onun Çexiya şahmatçısı David Navara üzərində qələbəsini xüsusi vurğulayıb. AŞF rəhbəri qadın şahmatçılardan ibarət yığmanın üzvü Gövhər Beydullayevanın Avropa çempionatında xanımlar arasında ən yüksək nəticəni qazandığını və reytinqini 70 əmsal artırdığını söyləyib.
Sonda AŞF rəhbərliyi şahmatçıların fikirlərini dinləyib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss