Bu gün Çempionlar Turunun “Oslo Esports Cup” mərhələsi start götürür.
CANLI
Chess.az xəbər verir ki, nüfuzlu turnirdə Azərbaycanı qrossmeysterimiz Şəhriyar Məmmədyarov təmsil edəcək. Şah ilk görüşünü vyetnamlı Le Quanq Liyemə qarşı keçirəcək. Şahmatçımızla yanaşı, turnirdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, polşalı Yan Kşiştov Duda, Niderland təmsilçiləri Aniş Giri, Yorden Van Forrest, Hindistan şahmatçısı Praqnanandha Rameşbabu və kanadalı Erik Hansen mübarizə aparacaqlar. Rapid turniri aprelin 28-dək davam edəcək.
22-04-2022, 14:45