SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Gövhər çempion, Ləman isə çempionatın sürprizi oldu (Azərbaycan Çempionatı 2022)

Bu gün Bakıda sayca 31-ci olan qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vuruldu.

  Chess.az xəbər verir ki, son zamanlar beynəlxalq arenada da inamlı çıxışı ilə diqqətləri öz üzərinə çəkən gənc şahmatçımız Gövhər Beydullayeva karyerasında ilk dəfə böyüklər arasında Azərbaycan çempionu adına yiyələnmişdir. Son tura vahid lider qismində girən Beydullayeva, yeddinci turda rəqibi Xəyalə Abdullanı məğlub edərək Azərbaycan çempionatının qızlı medalını qazandı. Beşinci turda gələcək çempion Gövhər Beydullayevanı məğlub edərək böyük sürprizə imza atan daha bir gənc şahmatçımız Ləman Hacıyeva, son iki turda da sürprizlərinə davam etdi. Gövhərin ardından altıncı və yeddinci turlarda özündən xeyli güclü və adlı sanlı şahmatçılar olan Ülviyyə FətəliyevaTürkan Məmmədyarovanı məğlub edən Ləman, sonda ölkə birinciliyinin gümüş mükafatının sahibi oldu. Qeyd edək ki, çempionatdan öncə cəmi 1971 ELO reytinqə malik olan Hacıyeva, çempionatda göstərdiyi performansı sayəsində yeddi tura öz beynəlxalq reytinqini 70 punkt (!!!) artırmağı bacarmışdır. Üçüncü yerin sahibi isə tərcrübəli şahmatçımız Ülviyyə Fətəliyeva olmuşdur.   
  Qeyd edək ki, səkkiz şahmatçının iştirak etdiyi ölkə birinciliyi dairəvi sistem üzrə keçirilmişdir və yeddi turdan ibarət idi. Müstəqil Azərbaycan tarixinin sayca 31-ci olan ölkə çempionatının ümumi mükafat fondu isə 11 400 manat təşkil edirdi. Qalib adını qazanmış Gövhər Beydullayeva yarışın əsas mükafatı olan 4 000 manatın sahibi olmuşdur. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss