SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Jurnalistlərin turnirində qalibin adı məlum oldu

Bu gün Bakıda idman jurnalistləri arasında şahmat turniri keçirildi.

 Chess.az xəbər verir ki, mayın 28-də "Məmmədyarovlar" Şahmat məktəbində Ümumilli Lider Heydər Əliyevin xatirəsinə və 28 may Müstəqillik gününə həsr olunmuş idman jurnalistləri arasında ənənəvi şahmat turniri keçirildi. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) və "Məmmədyarovlar" Şahmat məktəbinin birgə təşkilatçılığı, İdman TV, Estafet.az və Chess.az-ın informasiya dəstəyi ilə baş tutan yarışın qalibi ötən il də olduğu kimi, Qol.az saytının xanım əməkdaşı Aysel Adıgözəlova oldu. Aysel yarışda keçiridyi doqquz oyununun səkkizini qələbə ilə başa vuraraq 8.5 xalla turnirin qalibi oldu. AzərTac Dövlət İnformasiya Agentliyini təmsil edən Ramiz Quliyev 8 xalla ikinci, "ATV"-dən olan İlkin Xəlilov isə 6.5 xalla 3-cü olmuşdurlar. 

 Şahmatın Blitz növü üzrə keçirilən turnir dairəvi sistem üzrə keçirilmişdir və doqquz turdan ibarət idi. Yarışda "AzərTac", "İdman TV", "ATV",  "Futbol+", "Azərbaycan" və "Xalq Qəzeti"nin, "Qol.az", "Chess.az", "Sportmedia.az""Allsport.az" saytlarının əməkdaşları iştirak ediblər. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss