SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Norway Chess": Şəhriyar və Teymur növbəti oyunlarını keçirəcəklər (CANLI)

Norveçin Stavanger şəhərində ənənəvi "Norway Chess" şahmat superturniri davam edir.

CANLI

Chess.az  xəbər verir ki, bu gün iki həmyerlimiz Şəhriyar MəmmədyarovTeymur Rəcəbovun da iştirak etdiyi turnirin beşinci raundun oyunları keçiriləcək. Olduqca maraqlı və gərgin keçən yarışın dörd raundundan sonra, turnir cədvəlinə qocalmaq bilməyən eks-dünya çempionu Vişvanatan Anand və hazırki dünya çempionu Maqnus Karlsen başçılıq edirlər. Hər iki şahmatçının aktivində 8.5 xalı var. Həmyerlilərimizin nəticələrinə gəlincə, Şəhriyar 7 xalla 4-cü, Teymur isə 3 xalla 8-ci pillədə qərarlaşıblar. Bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək beşinci raundun qarşılaşmalarında Məmmədyarov ameriaklı Vesli So, Rəcəbov isə qara fiqurlarla niderlandlı Aniş Giri ilə mübarizə aparacaqlar. Xatırladaq ki, 9 raunddan ibarət olacaq turnirdə 10 şahmatçı mübarizə aparır. Dairəvi sistem üzrə keçirilən yarış iyunun 10-dək davam edəcək.

  Bu yarışı digər turnirlərdən fərqləndirən cəhət isə ondan ibarətdir ki, burada raundlarda bərabərlik qeydə alınmır. Klassik partiyada tərəflərdən biri qalib gələcəyi təqdirdə aktivinə 3 xal əlavə edir, məğlub olan tərəf isə 0. Partiya bərabərliklə nəticələnəcəyi təqdirdə isə, Armaqedon oynanılır. Burada qalib gələn şahmatçı 1.5, məğlub isə aktivinə 1 xal əlaqvə edir. Və beləliklə raunda üz üzə gələn tərəflərdən biri mütləq qalib olur. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss