SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE reytinqi: Azərbaycan TOP-10-dan kənarda qaldı

İyun ayının ilk həftəsində FİDE yeni reytinq cədvəlini açıqlayıb.

 Uzun müddətdir ki, TOP-10-da ən azından bir şahmatçı ilə təmsil olunan Azərbaycan, bu dəfə ilk onluqdan kənarda qalıb. Şahmatçılarımız Teymur Rəcəbov 2753 xalla 13-cü, Şəhriyar Məmmədyarov isə 2 751 ELO xalı ilə 14-cü pillədə qərarlaşıblar. İlk yüzlükdə yer alan digər şahmatçılarımıza gəlincə, Qədir Hüseynov 78-ci, Rauf Məmmədov isə 88-ci pillədədirlər. 
  İlk üçlükdə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla birinci pillədəki yerini qoruyur. 2 806 xalı olan çinli Dinq Liren ikinci, Fransa təmsilçisi Alireza Firuzca (2 793) 3-cü sırada yer alırlar.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 454) 26-cı, Gövhər Beydullayeva (2 390) 59-cu sıraya yüksəlib. Gülnar Məmmədova (2 380) siyahıda 68-ci yeri tutur.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss