SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Olimpiadaya yollanacaq yığmalarımızın heyətləri bəlli oldu

İyulun 28-dən avqustun 10-dək Hindistanın Çinay şəhərində keçiriləcək ümumdünya Şahmat Olimpiadasına yollanacaq Azərbaycan yığmaların heyətləri məlum oldu.

 Chess.az xəbər verir ki, son illər kifayət qədər stabil çıxış edərək diqqətləri özünə çəkməyi bacaran Vasif Durarbəyli nəhayət ki, yığmanın heyətinə cəlb olundu. 2021-ci il Azərbaycan çempionu və elə həmin il Dünya Kubokunda 1/8 finala qədər irəliləyən Durarbəylinin adı, Nicat Abbasovun yerinə yığma komandanın əsas heyətinə daxil edilib. Amma Nicat da olimpiadadan kənarda qalmayacaq. Abbasov Hindistana kapitan kimi, yığmamızın daha bir eks üzvü Eltac Səfərli isə məşqçi kimi yollanacaqlar.

Kişilərdən ibarətAzərbaycan yığmasının Hindistandakı heyəti aşağıdaki kimi olacaq: 

1.Şəhriyar Məmmədyarov 
2.Teymur Rəcəbov
3.Rauf Məmmədov
4.Qədir Hüseynov
5.Vasif Durarbəyli 

Olimpiadada iştirak edəcək qadınlardan ibarət yığma komandamızın heyyəti isə belədir:

1.Günay Məmmədzadə 
2.Gülnar Məmmədova
3.Gövhər Beydullayeva
4.Xanım Balacayeva
5.Ülviyyə Fətəliyeva 

 Yığmanın kapitanı qrossmeyster Nicat Məmmədov, məşqçilər isə Fikrət SideyifzadəCahangir Ağarəhimov olacaqlar.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss