SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Zeynəb Məmmədyarovaya vəzifə verildi : " Nazir qarşıma konkret tapşırıqlar qoyub"

Sumqayıt Olimpiya İdman Kompleksinə yeni direktor təyin edilib.  

   Chess.az xəbər verir ki, AzərbaycanınSumqayıtın ən məşhur şahmatçılar ailəsi olan Məmmədyarovların üzvü olan Zeynəb, bundan sonra Sumqayıt Olimpiya İdman Kompleksinə rəhbərlik edəcək. "Məmmədyarovlar" Şahmat Akademiyasına da rəhbərlik edən Zeynəb Məmmədyarova  Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmrinə əsasən sözügedən idman ocağına rəhbər təyin olunub. Artıq  bu gün kollektivə təqdim  edilən Zeynəb Məmmədyarova rəqsmi olaraq vəzifəsinin icrasına başlayıb. 39 yaşlı qrossmeyster Report.az saytına verdiyi açıqlamasında təyinatı belə şərh edib : "Gənclər və idman naziri Fərid Qayıbovla görüşüm oldu. Nazir qarşıma konkret tapşırıqlar qoyub. Burada üzgüçülük, tennis, gimnastika kimi bölmələrin üzərində işlər görülməlidir, eyni zamanda, mini-futbol meydançalarının fəaliyyətini canlandırmaq lazımdır. Sumqayıtda idmana böyük maraq var. Sadəcə, kütləvilik yaratmaq lazımdır. Çalışacağıq ki, Sumqayıt Olimpiya İdman Kompleksi daim qaynar, şən idman qurğusuna çevrilsin".
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss