SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyardan ardıcıl iki qələbə və son turda "Azərbaycan derbisi" (CANLI)

Norveçin Stavanger şəhərində ənənəvi "Norway Chess" şahmat superturniri davam edir.
CANLI
Chess.az  xəbər verir ki, bu gün keçirilmiş səkkizinci raund həmyerlimiz Şəhriyar Məmmədyarov üçün uğurlu alındı. Şah klassik partiyada eks-dünya çempionu hindistanlı Vişvanatan Anand üzərində qələbə qazanaraq, yarışın sonuna bir tur qalmış turnir cədvəlinin ikinci pilləsinə yüksəldi. Qeyd edək ki, Məmmədyarov ötən tur da qələbə qazanmışdır. Şəhriyarın yeddinci turdaki qurbanı niderlandlı Aniş Giri olmuşdur. Turnirdə elə də uğurlu çıxış etməyən digər təmsilçimiz Teymur Rəcəbov isə, səkkiz raunddan sonra on şahmatçının mübarizə apardığı turnirin doqquzuncu pilləsində qərarlaşıb. Yarış cədvəlinə isə meydan sahibi və hazırki dünya çempionu Maqnus Karlsen başçılıq edir. Aktivində 15 xalı olan Karlsen, ikinci olan Məmmədyarovu cəmi yarım xal qabaqlayır. İlk üçlüyü isə aktivində 13 xalı olan Şəhriyarın bugünki qurbanı Vişi Anand qapadır. 

 İyunun 10-da Bakı vaxtı ilə saat 19:00-da start götürəcək son raundda tamaşaçılar "Azərbaycan derbisini" izləyəcəklər. İki həmerlimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcəklər. Lider Maqnus Karlsen isə bolqar Veselin Topalovla üz-üzə gələcək. Məhz bu iki partiyadan sonra "Norway Chess 2022"-nin qalibi müəyyənləşəcək. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss