Foto: Lana Əfəndiyeva
Respublika Şahmat Klubunda Veteran şahmatçılar arasında Azərbaycan çempionatı davam edir.
Chess.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə birinciliyində, yaşı 60-dan yuxarı olan 26 şahmatçı iştirak edir. Çempionatın açılış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, öz çıxışında veteran şahmatçılar arasında yarışların vacibliyi, onlara daim diqqət ayrılacağını və keçirilən bu çempionatın qalibini FİDE-nin təşkil etdiyi veteranlar arasında dünya çempionatına yollanacağını bildirib.
Çempionata gəlincə, keçirilmiş altı turdan sonra turnir cədvəlinə aktivində 5 xalı olan Fikrət Sideyifzadə başçılıq edir. Onu 4.5 xalla Asəf Abdullayev, Əsəd Babayev və Ravis Babayev üçlüyü izləyir. Ümumi mükafat fondu 3000 manat olan ölkə birinciliyi İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarət olacaq.