SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İddiaçılar turniri 2022" : Rəcəbov Firuzcaya qarşı (CANLI)

Bu gün Bakı vaxtı ilə saat 17:00-da növbəti "İddiaçılar turnirinə" start veriləcək. 



   İspaniyanın paytaxtı Madridin mərkəzində yerləşən Palasio de Santona adlı 17-ci əsrə aid tarixi bir məkanda, bu gündən başlayaraq və iyul ayın 5-dək davam edəcək səkkiz şahmatçının gərgin mübarizəsinin sonunda, 2023-cü ildə Maqnus Karlsenə Dünya çempionu adı uğrunda növbəti rəqib olacaq şahmatşı müəyyənləşəcək. Artıq dünən "İddiaçılar Turniri 2022"-in rəsmi açılış mərasimi də keçirildi və ilin ən böyük şahmat turnirinin startına hər şey hazırdır. 
  Sevindirici haldır ki, iştirakçılar arasında azərbaycanlı şahmatçı da olacaq. Təbii ki, bu fakt şahmat həvəskarlarımızı bu turniri daha diqqətlə izləməyə sövq edəcək. Söhbət uzun müddətdir ki, dünyanın ən güclü şahmatçılarından biri hesab olunan Teymur Rəcəbovdan gedir.  Xatırladaq ki, Teymur turnirdə FİDE-nin ona təqdim etdiyi "Wild Card" (FİDE-nin xüsusi dəvəti) sayəsində çıxış edəcək. Buna səbəb öncə də qeyd etdiyimiz kimi, Rəcəbovla FİDE arasında 2020-ci ildə yaşanan qalmaqla oldu.

TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - ƏLİRZA FİRUZCA (FRANSA)

  
 Xatırladaq ki, 2019-cu ildə Dünya kubokunda qələbə qazanaraq "İddiaçılar turniri 2020"-də iştirak etmək hüququnu qazanan Rəcəbov, məlum qalmaqaldan sonra orada çıxış edə bilməmişdir. 2020-ci ilin əvvəlində Koronavirus pandemiyasının sürətlə yayılmasını səbəb göstərən şahmatçımız, FİDE-yə turniri təxirə salmağı təklif etmişdir. Lakin FİDE onun bu təklifinə nəinki müsbət cavab verdi, Rəcəbovun turnirdə iştirak etməkdən imtina etdiyini bəyan edərək tez tələsik qrossmeysterimizin yerinə turnirə fransız Maksim Vaşye-Laqrafı dəvət etmişdir. Sonradan hamı Rəcəbovun nəcə də haqlı olduğunu gördü. Rusiyada təşkil edilən "İddiaçılar Turniri 2020", ölkədə sanitar-epidemiolojı vəziyətin getdikcə pisləşəmsi səbəbindən yarımçıq dayandırlmışdır. Vəziyət o yerə çatmışdır ki, bütün dünyada aviareyslərin sürətlə ləğv edilməsi səbəbindən turnirə gələn şahmatçılar öz evlərinə belə qayıda bilmirdilər. Məhz bundan sonra bütün şahmat ictimaiəti FİDE-nin vaxtında Rəcəbova qulaq asmalı olduqlarını önə çəkərək onları tənqid atəşinə tutmuşdur və FİDE-dən Teymura qarşı edilən haqsızlığı aradan qaldırılmasını tələb etmişdirlər. Rəcəbovla olan məsələdə səhv olduğunu anlayan Ali şahmat qurumu, ədaləti bərpa etmək üçün Teymur Rəcəbova növbəti turnir üçün "Wild Card" təklif etdi və tərəflərin ümumi razılığı əsasında Rəcəbov "İddiaçılar Turniri 2022"-nin ilk iştirakçısı olmuşdur. 
  Bu gün Bakı vaxtı ilə saat 17:00-da start ilk turda həmyerlimiz Teymur Rəcəbovun rəqibi Fransanı təmsil edən gənc Əlirza Firuzca olacaq. Rəcəbov ilk oyunda ağ fiqurlarla oynayacaq. Turun digər qarşılaşmalarında Dinq Liren (Çin)-Yan Nepomnyaşiy (FİDE), Yan-Kşıştof Duda (Polşa)-Riçard Rapport (Macarıstan)Fabiano Karuana (ABŞ) - Hikaru Nakamura (ABŞ) üz üzə gələcəklər. Mükafat fondu 500 000 avro olan turnir dairəvi sistem üzrə keçiriləcək və 14 turdan ibarət olacaq. Şahmatçılar bir biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss