SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İddiaçılar turniri 2022": Rəcəbov ilk məğlubiyyətini aldı (CANLI)

Ispaniyanın paytaxtı Madrid şəhərində şahmat üzrə "İddiaçılar turniri" davam edir.



   Chess.az xəbər verir ki, ilin əsas şahmat turnirində artıq iki tur arxada qaldı. Təəsüf ki, bu mötəbər yarışda yeganə ümidimiz olan qrossmeysterimiz Teymur Rəcəbov, hələ ki azarkeşlərimizi sevindirə bilmir. Dünən keçirilmiş ilk turda fransalı Əlirza Firuzca ilə bərabərə qalan Rəcəbov, bu gün amerikalı rəqibi Hikaru Nakamuraya məğlub oldu. Qarşıda hələ 12 tur olsa da, heç kimə sirr deyil ki, belə turnirlərdə bir məğlubiyyət belə şahmatçılara sonraki mübarizədə və ümumi qələbə üçün böyük əngəl törədə bilər. Buna baxmayaraq, ümid edək ki, Teymur startda itirdiyi xalı növbəti turlarda qazandığı möhtəşəm qələbələr sayəsində unutdura biləcək. Üçüncü turda Teymur Rəcəbov son "İddiaçılar turniri"-nin qalibi olmuş rus Yan Neponmyaşiy ilə qarşılaşacaq. Üçüncü turun partiyaları Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
  Turnir cədvəlinə gəlincə, keçirilmiş iki turdan sonra, cədvələ Fabiano KaruanaYan Nepomnyaşiy başçılıq edirlər. Hər iki şahmatçının aktivində 1.5 xalı var. Dinq LirenTeymur Rəcəbov isə 0.5 xalla sonuncu olan 7-8-ci yerləri bölüşürlər. Digər şahmatçılar isə 1 xalla 3-6-cı yerləri bölüşürlər. 


3-cü tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - YAN NEPOMNYAŞİY (FİDE)
2-ci tur: HİKARU NAKAMURA (ABŞ) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 1:0
1-ci tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - ƏLİRZA FİRUZCA (FRANSA) 0.5:0.5
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss