SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Fikrət Sideifzadə Azərbaycan çempionu oldu

Foto: Lana Əfəndiyeva
Respublika Şahmat Klubunda keçirilən Veteran şahmatçılar arasında Azərbaycan çempionatı başa çatdı.  

 Chess.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilmiş ölkə birinciliyində qələbəni Fikrət Sideifzadə bayram etdi. Keçirdiyi 9 oyundan 8 xal toplayan Fikrət müəllim, 2022-ci il Veteranlar arasında Azərbaycan çempionu adını qazandı. Qeyd edək ki, Beynəlxalq usta SSSR-i idman ustası olan Fikrət Sideifzadə, SSSR-i vaxtında 5 dəfə Azərbaycan çempionu adını qazanmışdır.  
 1992-ci ildən isə məşqçilik fəailiyyətinə başlayan Fikrət Sideifzadə Azərbaycanın qadınlardan ibarət yığma komandasının1996-cı ildən isə bütün yığmaların baş məşqçisi təyin olunmuşdur. 2014-cü ildən FİDE hakimidir. Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə "Əməkdar məşqçi" "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adlarına layiq görülmüşdür. 2012-ci ildən isə prezident təqaüdçüsüdür.
  Turnirdə yeddi xal toplayan Lütfiyar Rüstəmov ikinci, ondan yarım xal geri qalan Asəf Abdullayev isə üçüncü yerləri tutmuşdurlar. Qeyd edək ki, ümumi mükafat fondu 3 000 manat olan ölkə birinciliyində yaşı 60-dan yuxarı olan 26 şahmatçı iştirak edib. Çempionatın qalibi isə, FİDE-nin təşkil etdiyi veteranlar arasında dünya çempionatına iştirak etmək hüququnu qazanıb.
 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss