SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İddiaçılar turniri 2022" : Rəcəbovdan beşinci bərabərlik

Ispaniyanın paytaxtı Madrid şəhərində şahmat üzrə "İddiaçılar turniri" davam edir.



   Chess.az xəbər verir ki, bu gün ilin əsas şahmat turnirinin altıncı turun oyunları keçirildi. Bu mötəbər yarışda yeganə təmsilçimiz olan Teymur Rəcəbov təəsüf ki, hələ də azarkeşlərimizi qələbə ilə sevindirə bilməyib. Teymur keçirdiyi altı oyunun beşini bərabərliklə başa vuraraq, 2.5 xalla çinli Dinq Liren və polyak Yan-Kşıştof Duda ilə birlikdə turnir cədvəlinin 5-7-ci yerləri bölüşür. Turnir cədvəlinin üst sıralarına gəlincə, hazırda aktivində 4.5 xalı olan rus Yan Nepomnyaşiy yarışın vahid lideridir. Ondan yarım xal geri qalan amerikalı Fabiano Karuana isə 2-ci pillədə qərarlaşıb. 
  Sabah yarışda növbəti istirahət günü olacaq. İyulun 25-də keçiriləcək 7-ci turda isə, Rəcəbov qara fiqurlarla amerikalı Fabiano Karuanaya qarşı mübarizə aparacaq. Qeyd edək ki, ümumi mükafat fondu 500 000 avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq. Yarış iyulun 5-dək davam edəcək. 

Turnir cədvəli: Nepomnyaşiy - 4.5, Karuana - 4, Nakamura, Rapport - 3, Dinq Liren, Rəcəbov, Duda - 2.5, Firuzca 2.



6-cü tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - RİÇARD RAPPORT (MACARISTAN) 0.5:0.5
5-ci tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - DİNQ LİREN (ÇİN) 0.5:0.5
4-ci tur: YAN-KŞIŞTOF DUDA (POLŞA) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 0.5:0.5

3-cü tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - YAN NEPOMNYAŞİY (FİDE) 0.5:0.5
2-ci tur: HİKARU NAKAMURA (ABŞ) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 1:0
1-ci tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - ƏLİRZA FİRUZCA (FRANSA) 0.5:0.5
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss