SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Karlsen Nepo haqqında : "İddiaçı olsa, bu şahmat adına çox üzücü olacaq"

Şahmat üzrə hazırki dünya çempionu Maqnus Karlsen, Madriddə davam edən "İddiaçılar turniri 2022" barədə fikirlərini bölüşüb.  

  Chess.az xəbər verir ki, Karlsen bunu Norveçin NRK telekanalının canlı yayımında edib. Davam edən turnirin oyunlarını şərh edən zaman, son iddiaçı olmuş və hazırda da turnirin vahid lideri olan rus Yan Nepomnyaşiyin çıxışına fikir bildirən Maqnus, bunları deyib: "Əgər Nepomnyaşiy yenidən şahmat tacına iddiaçı olsa, bu şahmat adına çox üzücü olacaq. Yan Nakamuraya qarşı çox pis oynadı. O öz ampluasında idi. Tələsik, səhv gedişlər edirdi, vəzirlə taxta üzərində gəzişirdi və ümumilikdə çox intizamsız oyun nümayiş etdirdi. Lakin Nakamura bundan yararlanıb onu məğlub edə bilmədi". 
  Xatırladaq ki, Maqnus Karlsen ötən ilin dekabrında qaznadığı son çempionluğunu məhz Yan Nepomnyaşiy üzrəində qazandığı 6:3 hasablı qələbə sayəsində əldə etmişdir. O vaxt da sərt açıqlamalarla yadda qalan Karlsen, belə bir rəqibini iddiaçı olmasına üzüldüyünü qeyd etmişdir və gələcəkdə həlledici matçda istəmədiyi bir rəqibin olacağı təqdirdə finala bir daha çıxmayacağına işarə etmişdir. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss