SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Məmmədyarov : "Ümüdvaram ki, növbəti "İddiaçılar turnirində" özüm də oynayacağam"

Madriddə davam edən va artıq birinci dövriyəsi arxada qalan "İddiaçılar turniri 2022" bütün şahmat ictimaiəti tərəfindən böyük maraqla izlənilir.
 
  Bu mötəbər yarışı izləyənlərdən biri də, Azərbaycanın ən güclü kişi şahmatçısı Şəhriyar Məmmədyarovdur. Şah öz Feysbuk hesabından turnirin birinci dövriyəsi və bu turnirdə ölkəmizin yeganə təmsilçisi olan Teymur Rəcəbovun çıxışı haqda öz fikirlərini paylaşıb: "İlk öncə, bilirdim ki, hamımızın fikiri Teymurun oyunlarında olacaq. Ümumiyyətlə Teymurun bu turnirdə oynaması artıq Azərbaycan üçün böyük uğurdur və hamımız onu qələbə qazanmasını istəyirik. Lakin son zamanlar Teymurun az oynaması və oynadığı son "Norway Chess" turnirindəki çıxışı "İddiaçılar turnirinin" onun üçün ağır keçəcəyini göstərirdi. İlk yeddi oyunu da, əfsuslar olsun ki, bunu bir daha göstərdi. Biz Teymurdan sadəcə bir neçə gözəl qələbə gözləyirik. O buna layıqdir".
  Rəcəbovun yarışdaki çıxışına münasibət bildirən Məmmədyarov, daha sonra ümumi yarış haqqında və sözügedən turnirin ən yaxşı oyun göstərən şahmatçılar haqqında da öz münasibətini bildirdi: "Turnirə gəldikdə isə, fikrimcə ən yaxşı oyunu Fabiano Karuana, ən əzimkar və fantastik mübarizəni isə Yan Nepomnyaşiy göstərirlər. Turnirin indiyə qədər ən vacib oyunu isə 2-ci turda oldu. Fabianonun çox yaxşı vəziyyətdə Nepomnyaşiy ilə heç-heçəyə razılaşmalı oldu. Lakin o oynamalı idi, vəziyyət buna imkan verirdi. İnanıram ki, Dinq Liren və Əlirza Firuzca ikinci dövriyədə daha yaxşı oyun göstərəcəklər. Ancaq onlar üçün artıq 1-ci olmaq üçün gecdir. Hamımıza yarışın qalan hissəsində gözəl və maraqlı oyunlar izləməyi arzu edirəm. Ümüdvaram ki, növbəti "İddiaçılar turnirində" özüm də oynayacağam."
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss