SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İddiaçılar turniri 2022": Rəcəbov bütün şanslarını itirib !?

Ispaniyanın paytaxtı Madrid şəhərində keçirilən "İddiaçılar turnirinin" birinci dövriyəsinə yekun vuruldu.



    Adətən bu tipli güclü və ağır turnirlərin birinci dövriyəsinin sonunda hər hansı bir proqnoz verməyə olduqca çətin olur. Amma bu dəfə hər şey tam fərqli gedir. Rəqiblərin qeyri stabil oyunu nümayiş etdirmələrin fonunda amerikalı Fabiano Karuana və rus Yan Nepomnyaşiy turnirin ekvatoruna minumum itkilə ilə çatıblar və yarışda bir möcüzə baş verməsə birincilik uğrunda mübarizə məhz bu iki şahmatçı arasında gedəcək. Keçirilmiş yeddi turdan sonra Yan Nepomnyaşiy 5.5 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Ondan yarım xal geri qalan Karuana isə ikinci pillədədir. Onların ən yaxın izləyicisi isə, 3.5 xalı olan Hikaru Nakamuradır. Razılaşaq ki, turnirin sonuna yeddi tur qalmış 1.5-2 xallıq fərq belə yarışlar üçün kifayət qədər ciddi bir fərq hesab olunur və çətin ki, sözügedən iki şahmatçıdan başqa sonda kimsə zirvəyə yaxınlaşa bilsin.    
  "İddiaçılar turnirin"-də yeganə təmsilçimiz olan Teymur Rəcəbov təəsüf ki, hər tur keçdikcə "Şahmat Tacı" uğrunda mübarizədən daha da uzaqlaşır. Artıq əminliklə söyləmək olar ki, Rəcəbov ümumi qələbəyə şanslarını itirib. Düzdür, onun teoretirik şansları qalsa da, KaruanaNepomnyaşiy kimi "teoretiklərin" oynadığı yarışda bu yetərli şans hesab olunmur. Dünən Fabiano Karuanaya məğlub olan Rəcəbov, birinci dövriyəni autsayderlər qrupunda bitirdi. RəcəbovFransanı təmsil edən Firuzca 2.5 xalla sonuncu olan 7 və 8-ci pillələri bölüşürlər.  
  Bu gün "İddiaçılar turnirinin" səkkizinci turun oyunları keçiriləcək. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq turda həmyerlimiz Teymur Rəcəbov qara fiqurlaral Əlirza Fitruzca ilə üz-üzə gələcək.
 Qeyd edək ki, ümumi mükafat fondu 500 000 avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq. Yarış iyulun 5-dək davam edəcək. 

Turnir cədvəli: Nepomnyaşiy - 5.5, Karuana - 5, Nakamura - 3.5, Rapport, Duda, Dinq Liren - 3,  Rəcəbov, Firuzca - 2.5.

8-ci tur: ƏLİRZA FİRUZCA (FRANSA) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN)
7-ci tur: FABİANO KARUANA (ABŞ) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 1:0
6-cü tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - RİÇARD RAPPORT (MACARISTAN) 0.5:0.5
5-ci tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - DİNQ LİREN (ÇİN) 0.5:0.5
4-ci tur: YAN-KŞIŞTOF DUDA (POLŞA) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 0.5:0.5

3-cü tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - YAN NEPOMNYAŞİY (FİDE) 0.5:0.5
2-ci tur: HİKARU NAKAMURA (ABŞ) - TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) 1:0
1-ci tur: TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN) - ƏLİRZA FİRUZCA (FRANSA) 0.5:0.5
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss